waplog

Mehmanxanalarda açarları smartfonlar əvəz edəcək


"Starwood Hotels & Resorts Worldwide" mehmanxanalar şəbəkəsi bu il yaz fəslinin başlanğıcınadək öz mehmanxana nömrələrini "ağıllı" qıfıllarla təchiz etməyə hazırlaşır. Qeydiyyat prosedurunu asanlaşdırmaq üçün belə sistemin tətbiqi planlaşdırılır. Artıq internet üzərindən mehmanxanada yaşamaq haqqını ödəmiş insanlar qeydiyyat masasına getmədən dərhal öz nömrəsinə qalxa və onu aça biləcəklər.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, elektron açar xüsusi tətbiqdə olacaq. Kirayənişin qapının yanında olduqda o, "Bluetooth" simsiz rabitəsi vasitəsilə açılacaq. Sözügedən tətbiq "iPhone 4S" və yeni, həmçinin 4.3 versiyası ilə işləyən "Android"-smartfonlarla uyğundur. İlk öncə belə təcrübə Manhetten və Silikon Vadisində "Aloft Hotel"də tətbiq ediləcək. Bundan sonra başqa mehmanxanalar da bu sistemi tətbiq edə bilərlər.
 
"Starwood" mehmanxanalar şəbəkəsi rəhbərləri hesab edirlər ki, açarların smartfonlarla əvəzlənməsi ödənişsiz "Wi-Fi"ın yaranması anından ən böyük texnoloji dəyişiklik olacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL