waplog

Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinə müraciətlərin qəbuluna başlanılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri olan Biznes İnkubasiya Mərkəzinə müraciətlərin qəbuluna başlanılıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə  YTP-nin direktoru Seymur Ağayev məlumat verib. O bildirib ki, artıq bir neçə gündür ki, müraciətlər qəbul olunur və sözügedən mərkəzə böyük maraq var.
 
 
Qeyd edək ki, Azərbaycan vətəndaşları YT Parkın Biznes İnkubasiya Mərkəzindən yararlanaraq öz texnologiya yönümlü firmalarının formalaşdırılmasını sürətləndirə, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəkdən səmərəli istifadə edə və yararlana bilərlər.
 
 
Müraciətlər " www.picampus.az "  adresindən qəbul edilir. Sayta daxil olunduqdan sonra müraciət üçün ayrılmış səhifəni (http://www.picampus.az/application/form.php?id=1) seçmək lazımdır.
 
 Açılan səhifədə layihənin adı, müraciət edənin rolu, adı, soyadı, e-mail ünvanı və digər əlaqə vasitələri, "Nə üçün fəaliyyətini Yüksək Texnologiyalar Parkı - "PI Campus" Biznes İnkubasiya Mərkəzində davam elətdirmək istədiyini, layihənin qısa məzmunu, icra vəziyyəti, innovasiya və texniki yeniliyi, biznes modelini, layihə üzvlərinin sayı, eləcə də büdcəsi qeyd olunmalıdır.
 
 
Bundan sonra edilən müraciətə Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri olan Biznes İnkubasiya Mərkəzi tərəfindən baxılacaq və müvafiq qərar veriləcək.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL