waplog

Bir ildə ultrabukların populyarlığı iki dəfə artıb


“ABI Research” şirkətinin analitikləri tərəfindən hazırlanmış hesabata əsasən, ötən il 2012-ci illə müqayisədə dünyada ultrabukların populyarlığı təxminən 2 dəfə artıb: 2013-cü ildə satılmış 182,7 milyon noutbukun 12,3%-i məhz ultrabukların payına düşüb.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ötən il bir ultrabukun orta qiyməti 1200 dollar təşkil edib və əsas əməliyyat sistemi qismində “Windows 8” və yenilənmiş “Windows 8.1” olub.
Analitiklər bu il LTE modemlə təchiz edilmiş xeyli sayda ultrabuk istehsalını proqnozlaşdırırlar. Bu qurğuların sonrakı populyarlaşması qiymətinin azalmasından çox asılı olacaq.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL