waplog

Naxçıvanda yaşayış ərazilərinin 75 faizi rəqəmli yayımla təmin edilib


Azərbaycanın Naxçıvan Muxtar Respublikasında ötən il ərzində keyfiyyətli televiziya və radio yayımının təşkili məqsədilə muxtar respublikanın yaşayış ərazilərinin  75%-i rəqəmli yayımla təmin edilib. 

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, muxtar respublikada daha müasir tələblər səviyyəsində poçt xidmətlərini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. 
 

Ötən il muxtar respublikada 1913 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulub, hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatıb. 

Bu ilin əvvəlinə olan məlumata əsasən, aktiv istifadə olunan mobil telefonların sayı 447086 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı 104 ədəd olub.


Aynur Vəliyeva
 
.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL