waplog

Optik-lif şəbəkələri üçün lazer yaradıcısı mükafatlandırılıb



Tokio Texnologiya İnstitutunun fəxri professoru 81 yaşlı Yasuxaru Suemasu Yaponiyada elektronika, informasiya və rabitə sahəsində hazırda internet magistrallarında istifadə olunan böyük tutumlu optik-lif şəbəkələri üçün yarımkeçirici lazerlərin tədqiqinə görə mükafata layiq görülüb.

1980-ci illərdə Y. Suemasu optik-lif bağlantıları üçün optimal işıq mənbəyi kimi təklif edilən yüksəktezlikli modullaşdırma ilə birmodullu lazer konsepsiyasını inkişaf etdirib. Bundan başqa, alimin müəllim kimi xidmətləri də qeyd olunur. Belə ki, o, altmışdan çox aspirantın elmi rəhbəri olub ki, onların da əksəriyyəti elm və sənayedə böyük karyera qurmağa nail olublar.

Yaponiya mükafatı 1985-ci ildən hər il təqdim olunur. Mükafatçılara qızıl medal, fəxri sertifikat və 480 min dollar məbləğində pul mükafatı verilir. Mükafatı alanlar arasında interneti kəşf edən Vinton Serf, “WWW” yaradıcısı Tim Berners-Li və “Unix” tərtibatçılarını göstərmək olar. Mükafat vətəndaşlığından asılı olmayaraq öz sahələrinə, eləcə də sülh və bəşəriyyətin çiçəklənməsinə böyük töhfə verən alimlərə təqdim edilir, - "Computerworld www.osp.ru” yazır.
 

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL