waplog

“iPhone 6” smartfonu 2 formada istehsal ediləcək


Mətbuatda dəfələrlə getmiş informasiyaya əsasən, 2014-cü ildə “Apple” iki “iPhone” modeli buraxılacaq. Bu gün insayder mənbələrinə istinadən “KDB Daewoo Securities Research” analitikləri bu məlumatları təsdiqləyib.

“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ekspertlərin məlumatlarına əsasən, “iPhone 6” smartfonu iki modifikasiyadan ibarət olacaq. Birində ekranın ölçüsü 4,7-dən 4,8 düymədək, təsvir ölçüsü isə 1920 x 1080 piksel (440 ppi) təşkil edəcək. İkinci versiyada “IGZO” texnologiyasını dəstəkləyən və 2272 x 1280 təsvir ölçülü 5.5 düymlük ekran tətbiq ediləcək.

Hər iki qurğuda 2 QB əməli yaddaş və 128 QB daxili yaddaş, 8 meqapiksellik əsas və 3,2 meqapiksellik ön kamera, həmçinin 1800 milliamper/saat tutumlu akkumulyator batareyasının olacağı gözlənilir. Aparat 64 bit arxitekturalı “Apple A8” prosessoru ilə təchiz ediləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL