waplog

“IBM” Amerika hərbçiləri üçün avtomatik sıradan çıxan çiplər hazırlayır


ABŞ Qabaqcıl Tədqiqat Layihələr Agentliyi (DARPA) “IBM” şirkətinə avtomatik sıradan çıxan çiplərin hazırlanmasını sifariş edib. Müqavilənin büdcəsi $3,4 milyon təşkil edir. Sifariş “Vanishing Programmable Resources” layihəsi çərçivəsində həyata keçiriləcək, onun hədəfi düşməni hərbi texnologiyalara yaxın buraxmamaqdır.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tapşırığa əsasən, elektron komponentlər əmr üzrə tamamilə və ya qismən toza çevrilməlidir. “Pocket-lint” bildirib ki, ötən ay “DARPA”, həmçinin ucuz əriyə bilən ötürücülərin yaradılmasına 4,5 milyon dollar ayırıb. Ötürücülər onların qarşısına qoyulmuş tapşırıqları yerinə yetirdikdən sonra sıradan çıxmalıdırlar.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL