waplog

İslandiyada “EVE Online” oyununun şərəfinə abidə qoyulacaq


“EVE Online” video oyununun yaradıcısı şirkət və memar Siqurdur Qundmundsson Reykyavik şəhərində oyunun şərəfinə abidə ucaldacaq.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, abidə 5 metr hündürlüyündə iki böyük elementdən ibarət olacaq: onlar paslanmayan güzgü poladdan hazırlanmış stela (yazısı olan daş plitə ya da sütun) ilə bir-birindən ayrılır. Abidənin postamentində onlayn oyunun 1 mart 2014-cü il tarixinədək bütün aktiv istifadəçilərinin adları həkk olunacaq.

Abidə aprelin 30-da – illik “EVE Online” fanat festivalı qabağı açılacaq.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL