waplog

“IDC”: “İnkişaf etməkdə olan ölkələrdə iqtisadi tempin zəifləməsi dünya İT bazarının artımını dayandırır”


Dünya informasiya texnologiyaları (İT) bazarının artımı smartfon və planşetlərin satış həcmində artımın qaçılmaz zəifləməsi ilə yanaşı, bir sıra inkişaf etməkdə olan ölkələrin iqtisadi vəziyyəti ilə yubanır. Bu barədə "IDC" analitik şirkətinin "Worldwide Black Book" hesabatında deyilir. Analitiklər dünya İT bazarının artım proqnozunu 5 faizdən 4,6 faizədək azaldıblar ki, bu da ötənilki 4,8 faizdən bir qədər aşağıdır.
 
Lakin ABŞ və Qərbi Avropada fəallığın artacağı gözlənilir. Belə ki, şirkətlər infrastrukturun dəyişdirilməsi və təkmilləşdirilməsinə vəsaitlər yatırmağa başlayır, server və məlumatların saxlanılması sistemlərinin alışı 3 faiz artır. Fərdi kompüterlər bazarında da analitiklər sabitləşmənin əlamətlərinin olduğunu bildirirlər. Avadanlıqlara vəsait qoyuluşlarının artması İT sahəsində xidmətlər sahəsinin 4 faiz yüksəlməsinə səbəb olacaq, habelə korporativ proqram təminatı üçün alışlar 6-7 faiz artacaq.
 
Bundan başqa, valyuta məzənnələrinin dəyişməsi beynəlxalq şirkətlərin gəlirlərinə böyük təsir göstərəcək.  
 
Bununla yanaşı, bazarda artıma qiymətlərin azalması və bazarın bütün seqmentlərinə, o cümlədən fərdi kompüter, planşet, proqram təminatı və "bulud" servislərinə tələbatın azalması da mane olur, - "Computerworld www.osp.ru" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL