waplog

Mark Zukerberq və həyat yoldaşı ABŞ-da ən səxavətli xeyriyyəçilər olublar


"The Chronicle of Philanthropy" qəzetinə istinadən "Associated Press" agentliyi yazır ki, Mark Zukerberq və həyat yoldaşı Prisçilla Çan 2013-cü ildə ABŞ-da ən səxavətli xeyriyyəçi olublar.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, onlar "Facebook" şirkətinin 970 milyon dollardan çox dəyərə malik 18 milyon səhmini Silikon vadisində yerləşən xeyriyyə təşkilatına ianə ediblər.

Qəzet yazıb ki, ianə nəticəsində gənc cütlük 2013-cü ildə 50 ən səxavətli amerikalı siyahısında birinci yerdə qərarlaşıb. Bu siyahıda yer alan 50 xeyriyyəçinin ianələrinin ümumi məbləği 7,7 milyard dollar təşkil edib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL