waplog

Gənc tədqiqatçılar nanotexnologiya sahəsi ilə bağlı məlumatlandırılıblar


Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə "Yüksək texnologiyaların materialı - Qrafen.  Xassələri, tətbiqləri" mövzusunda  seminar keçirilib. Seminarda məqsəd gənc tədqiqatçıların fizika elminin nanotexnologiya sahəsindən məlumatlı olmalarını və bu sahədə elmi biliklərini genişləndirməyi təmin etməkdir.
 
İnstitutdan bildirilib ki, tədbiri açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova İnnovasiya sektorunun professoru, məruzəçi Hüseyn Orucova şuranın dəvətini qəbul etdiyinə görə təşəkkürünü bildirib. İlk olaraq mövzunun  aktuallığından  danışan  məruzəçi karbonun çoxatomlu təbəqəsi olan qrafen haqqında məlumat verib. Bildirib ki, təbiətdə ən nazik və ən möhkəm material olan qrafen 2004-cü ildə britaniyalı fiziklər A.Geyn və K. Novoslov tərəfindən kəşf olunub.
 
 2010-cu ildə isə alimlər bu ixtiralarına görə "Nobel" mükafatına layiq görülüblər. H.Orucov vurğulayıb ki, 2013-cü ildə qrafenin xassələrini tədqiq etmək məqsədilə İsveçin Çalmers Universitetinin professoru Jare Kenareteyə qrant layihəsi çərçivəsində bir milyard avro ayrılıb.
 
 Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL