waplog

Azərbaycan Mərkəzi Bankı informasiya sisteminin kastomizasiyasını başa çatdırır


“Sinam” şirkəti Azərbaycan Mərkəzi Bankının informasiya sisteminin təkmilləşdirilməsi üzrə işləri yaxın zamanda başa çatdırmalıdır.

 “Sinam” şirkətinin rəhbəri Elçin Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bankın keçirdiyi tenderin şərtlərinə görə, informasiya sisteminin aparat və proqram platformasının yeni versiyası tətbiq edilir.

“Bankda artıq tətbiq edilmiş “Temenos” proqram təminatının daha müasir və təkmilləşdirilmiş versiyası tətbiq edilir. Hazırda layihə çərçivəsində proqram təminatının kastomizasiyası üzərində işlər aparılır. Yaxın bir ay ərzində artıq işlər tam başa çatacaq. Bundan başqa bankda “Oracle” şirkətinin proqram təminatına “əməkhaqqı” modulu əlavə edilir”,- deyə E. Əliyev bildirib.

Qeyd edək ki, paralel olaraq “Sinam” şirkəti Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin (AZİPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) yeniləndirilməsi üzrə işlər aparır.

Aynur Vəliyeva 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL