waplog

Sərnişinlərin qeydiyyatı prosesində “Google Glass”dan istifadə olunur


İş adamı və yüksək texnologiya cənab Riçard Brensona məxsus "Virgin Atlantic" aviaşirkəti Londonda yerləşən "Hitrou" aeroportunda sərnişinlərin qeydiyyatı prosesi zamanı "Google Glass" smart eynəyini və "Sony SmartWatch 2" smart saatlarını sınaqdan keçirməyə başlayıb.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, proqram yalnız biznes-klass sərnişinləri üçün əlçatandır. Yüksək texnologiyalı cihazlardan istifadə stüardessalara qeydiyyat prosesindən yayınmadan informasiya əldə etməyə icazə verir. Onlar hələ sərnişinin sənədini götürməmiş onun adını öyrənə, ona uçuş, təyinat nöqtəsində hava haqqında əlavə məlumat söyləyə, informasiyanı istənilən xarici dilə tərcümə edə bilərlər.
 
Proqram uğurlu olacağı halda, "Virgin Atlantic" aviaşirkət xidmətinin mövcud olduğu bütün aeroportlarda standart qeydiyyat prosedurunu əvəzləməyi planlaşdırır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL