waplog

Sənədlərin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə ediləcək


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sürücülük vəsiqələrinin və digər dövlət sənədlərinin ünvanına çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır. Pilotsuz aparatlardan bu yaxınlarda məlum olan layihə çərçivəsində istifadə etmək nəzərdə tutulur. Uçan aparatın təqdim edilən prototipindən BƏƏ-nin böyük əmirliklərindən biri olan Dubay Əmirliyində kuryer funksiyalarının yerinə yetirilməsi üçün sınaq rejimində istifadə ediləcək.
 
 
“Mexanizmin istismarı üzrə sınaq müddəti başa çatdıqdan sonra biz bu sistemin real imkanlarını qiymətləndirərək ən uzaq çatdırılma məsafəsini və aparatlar tərəfindən təqdim ediləcək gələcək xidmətlərin siyahısını müəyyənləşdirəcəyik”, - dövlət işləri üzrə nazir Məhəmməd əl-Qerqavi çıxışında bildirib.

BƏƏ-də təqdim edilən pilotsuz uçan aparat əhəmiyyətli sənədləri daşıması üçün dörd rotorla təchiz edilib və bu məqsədlə onun yuxarı yük bölməsində xüsusi yer ayrılıb. Nümayiş etdirilən aparat nümunəsinin eni 45,7 sm təşkil edir. Aparatın digər texniki xüsusiyyətləri barədə məlumat hələ ki verilmir. Layihə ilə məşğul olan baş mühəndis qeyd edib ki, aparat göz qişasını və barmaq izlərini tanıma sistemi ilə təchiz ediləcək. Seçilmiş mühafizə üsulu aparatın başqa əllərə keçməsi zamanı sənədlər paketindəki mühüm informasiyanı təhlükəsiz edəcək. Pilotsuz uçan aparatın fəaliyyətinin vacib şərtlərindən biri BƏƏ üçün xarakterik olan bərk isti, səhra fırtınaları və digər çətin hava şəraitində işləməsidir.  

Ölkə rəhbərliyi bu növ kəşflərə bu yaxınlarda maraq göstərməyə başlayıb. Ötən ay məqsədi yanğın təhlükəsizliyinin monitorinqi və təhlili olan uçan mexanizmin sınaqları keçirilib. Öz növbəsində Dubay polisi nəhəng idman tədbirlərinin keçirilməsi zamanı təhlükəsizliyin qorunması və iğtişaşlarla mübarizəyə kömək üçün uçan müşahidə aparatlarından istifadə etməyə başlamaqla qabaqcıl texnologiyaları mənimsəyib, - "3DNews www.3dnews.ru” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL