waplog

“Sony” pleyerləri qəribə formada təqdim olunub


"Sony" şirkətinin "W Series Walkman" MP3 pleyeri içərisi suyla dolu  şəffaf butulkaya qablaşdırılıb və satışa çıxarılıb. Bu, qurğunun sukeçirməz olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, butulkanın içərisinə yerləşdirilmiş pleyerlər Yeni Zelandiyada idman zalları və hovuzlarda quraşdırılmış ticarət avtomatları vasitəsilə satılır.
Pleyer üçün qablaşdırma üsulu daxil olmaqla, reklam kampaniyasını "Sony" şirkətinin sifarişi ilə "DraftFCB" reklam agentliyi hazırlayıb. Butulkadakı suyun içməyə yararlı olub-olması haqqında informasiya yoxdur.

"Sony" şirkəti pleyerlərdən başqa sukeçirməz smartfonlar, planşetlər, fotoaparatlar və smart saatlar istehsal edir. Mobil telefon və planşetləri 30 dəqiqə ərzində bir metr dərinlikdə duzsuz suda saxlamaq olar.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL