waplog

Azərbaycan bazarına “Mac Pro” kompüterləri niyə idxal olunmur?


"Apple" şirkəti bazarı yeni stolüstü  "Mac Pro" kompüterlərin təchizatı üzrə çətinliklər çəkir.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ilkin mərhələdə bu kompüterlər aprel ayına anons edilib, təchizat isə noyabr-dekabr aylarında nəzərdə tutulmuşdu.

Məhdud sayda istehsal kompüterlərin tezliklə satılmasına səbəb olub. Hazırda "Mac Pro" bir çox bazarlarda, o cümlədən ABŞ-da satışda yoxdur. Qeyd edək ki, "Apple" saytında isə yeni modellərin yalnız aprel ayında təqdim ediləcəyi haqda məlumat yerləşdirilib.

Hazırda ABŞ, Çin, Böyük Britaniya və Fransa bazarlarında "Mac Pro" sifariş edilə bilər, lakin kompüter onlara apreldə təqdim ediləcək.
 
"Apple" şirkətinin Azərbaycanda rəsmi distribüteri "Mac.az" şirkətinin baş direktoru Ramin Musayevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Apple" şirkətinin bu modelinin çox baha olması və daha çox peşəkar istifadə üçün nəzərdə tutulması yerli bazarda onun kütləvi satışının təşkili rentabelle etmir. Lakin o bildirib ki,  geniş texniki spesifikasiyalara malik olan bu modeli sifariş edərək bir aya almaq olar.
Qeyd edək ki, ABŞ-da "Mac Pro"nun qiymətləri 3000 dollardan başlayır və tam konfiqurasiyalı məhsul almaq istəyənlər üçün 9600 dollaradək arta bilər.

Bu kompüterlər qrafika sahəsi mütəxəssisləri, video redaktorlar, mühəndislər və digər peşakar istifadəçilər üçün nəzərdə tutulub. "Mac Pro"nun digər istifadəçi kateqoriyası isə - brend istehsalla dizayner həllini birləşdirən məhsulu öz qarajlarında idman avtomobili kimi status simvolunun təcəssümü olaraq istifadə edən imkanlı insanlardır.


Aynur Vəliyeva



Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL