waplog

“TIME” jurnalı üz qabığına kvant kompüterinin şəklini yerləşdirib


“TIME” jurnalı fevral nömrəsinin üz qabığına “D-wave” kvant kompüterinin fotoşəklini yerləşdirib. Jurnal ABŞ, Asiya və Okeaniyada çıxacaq. Dünyanın başqa ölkələrində jurnalın üz qabığına kvant kompüterindən başqa Fransua Ollandın fotoşəkli də yerləşdirilib.

 “lenta.ru” saytının məlumatına görə, jurnalın üz qabığında yerləşdirilmiş yazıda deyilir: "Kvant kompüteri bəşəriyyətin bəzi ən mürəkkəb problemlərinin həllinə vəd verir. Ceff Bezos, NASA və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onu dəstəkləyir. Kvant kompüterlərinin qiyməti 10 milyon dollardır və sıfırdan aşağı 273 dərəcə temperaturda işləyir. Lakin heç kim onun işləmə prosesini bilmir".

Hazırda hələ ki tam işlək kvant kompüteri yaradılmayıb, ancaq bu istiqamətdə sınaqlar bütün dünyada aparılır. Hesab edilir ki, kvant kompüterləri bir çox məsələləri ənənəvi kompüterdən daha sürətli həll etməyə qadirdir.

NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL