waplog

“Huawei” 2013-ci ildə qlobal smartfon tədarükü reytinqində üçüncü yerdə yerləşib


“IDC”, “Strategy Analytics” və “Canalys” analitik şirkətlərinin məlumatlarına görə, “Huawei” şirkəti 2013-cü ildə qlobal smartfon tədarükü reytinqində üçüncü yerdə qərarlaşıb.

“IDC”-nin hesabatına əsasən, “Huawei” şirkəti 2013-cü ildə qlobal reytinqdə üçüncü mövqeyini qoruyub saxlayıb və üç aparıcı tədarükçü arasında ən yüksək artım göstəricisinə (67.5%) malik olub. 2013-cü ilin nəticəsinə görə, “Huawei” şirkəti 48,8 milyon smartfon tədarük edib və onun bazar payı 4,9% təşkil edib. 2013-cü ildə bütün dünya brendlərinin qlobal smartfon tədarükünün həcmi 38,4% artıb.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, hazırda “Huawei” şirkəti məhsulunu 140-dan çox bazarda 600 tədarük kanalı vasitəsilə paylayır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL