waplog

“AzScienceNet” elm kompüter şəbəkəsinin “Eduroam” xidmətinin Bakı Ali Neft Məktəbində təşkili müzakirə edilib



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Ali Neft Məktəbinin (BANM) Elektron Tədris şöbəsi arasında məktəbdə "AzScienceNet" elm kompüter şəbəkəsinin "Eduroam" xidmətinə qoşulması məsələsi müzakirə edilib.

İnformasiya Texnologiyaları İnstitutundan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Eduroam" xidməti elm və təhsil müəssisələri əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin "Eduroam" xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək internet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir. 

AMEA-nın bir sıra institut və təşkilatlarında milli "Eduroam" serverinin infrastrukturu qurulur və bu server "Avropa Eduroam Konfederasiyası"nda qeydiyyatdan keçir. 
Bakı Ali Neft Məktəbinin nümayəndələri "AzScienceNet" elm kompüter şəbəkəsinin İdarəetmə Mərkəzinin fəaliyyəti ilə, həmçinin Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris Mərkəzi ilə tanış olublar. 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL