waplog

Tədqiqat: 13% amerikalı bəzən özünü sanki telefonla danışırmış kimi göstərir


Amerika tədqiqat mərkəzi “Pew” ABŞ-ın təxminən 2300 sakini arasında sorğu aparıb. Sorğunun əsas məqsədi mobil telefonlardan istifadənin xüsusiyyətlərini aydınlaşdırmaq olub. Respondentlərin 83 faizinin mobil aparatlarından istifadə etdiyi məlum olub. Sorğu gedişində aydın olub ki, təxminən 13% amerikalı ətrafdakı bəzi insanlarla ünsiyyətə girməmək üçün özünü sanki telefonla danışırmış kimi göstərir.
Danışıqlardan əlavə, respondentlər telefondan bir çox hallarda SMS mübadiləsi və fotoçəkiliş üçün istifadə edirlər. Bundan başqa, 27% istifadəçi iddia edib ki, sorğuya qədər 1 ay əvvəl onlar mobil telefon olmaması ilə əlaqədar problemlərlə rastlaşıblar. Respondentlərin demək olar ki yarısı telefondan darıxdıqda əyləncə üçün istifadə edirlər. Hər beşinci telefon sahibi internetdən məzmunun yüklənmə sürətindən narazıdır, 16% isə hesab edir ki, onların telefonlarının ekranı nəsə oxumaq üçün çox kiçikdir.


www.onliner.by

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL