waplog

ABŞ HHQ “BlackBerry” smartfonlarından imtina edərək "iPhone”dan istifadəyə başlayacaq


ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “BlackBerry” smartfonlarından imtina edərək “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulardan – “iPhone” smartfon modellərindən istifadə etməyə başlayacaq. Bu barədə “Defense News” nəşri məlumat verib.

Məlumata görə, ABŞ HHQ-nin şəxsi heyətinin istifadəsində olan bütün “BlackBerry” aparatları yeni qurğularla əvəz edilməlidir. Proqramın ilkin mərhələsində “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən beş min qurğunun verilməsi planlaşdırılır.  

HHQ təmsilçiləri bildiriblər ki, proqramın məqsədi xərclərin artırılmasına imkan verməmək və şəbəkə resurslarına qənaət etməkdir. Hazırda istifadədə olan “BlackBerry” aparatları köhnəlmiş “BlackBerry OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Proqrama başlamazdan əvvəl “iOS” sistemli qurğular 2011-ci ilin oktyabrından Hərbi-Kosmik İdarədə, Aviasiya Daşımaları Komandanlığı və Aviasiya Döyüş Komandanlığında sınaqdan keçirilib.    

HHQ-nin tələbi ilə smartfon və planşetlərin proqram və aparat təminatına düzəlişlərin edilməsi barədə məlumat verilmir. 

Bundan əvvəl məlum olub ki, ABŞ ordusu 7 min “Samsung Galaxy Note II” smartfonu alıb. Bu smartfonlarda vəzifəsi döyüş əməliyyatlarında naviqasiyanı təmin etməkdən ibarət olan "Nett Warrior” sistemi quraşdırılacaq, - "Lenta www.lenta.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL