waplog

Azərbaycanda Vətəndaşların Virtual Videoqəbul Məntəqəsi yaradıldı


Azərbaycanda insanların ədliyyə məsələləri ilə bağlı Vətəndaşların Virtual Videoqəbul Məntəqəsi yaradılıb. Ədliyyə Nazirliyinin (ƏN) rəsmi saytında formalaşdırılan məntəqə vasitəsilə vətəndaşlar nazirliyin rəhbər şəxslərinin videoqəbuluna yazıla biləcəklər. ƏN-dən bildirilib ki, virtual qəbula yazılma “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna, habelə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası vətəndaşlarının, ölkə ərazisində yaşayan əcnəbi vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin ədliyyə orqanlarında qəbulu qaydasına uyğun olaraq hazırlanıb.

Qeyd edək ki, vətəndaşlar virtual qəbula yazılmaq üçün bir sıra tələbləri yerinə yetirməlidir. Belə ki, videoqəbulun yaradılması üçün nəzərdə tutulmuş müraciət forması düzgün şəkildə doldurulmalıdır. Videoəlaqə zamanı müraciət edən vətəndaş anlaqlı vəziyyətdə olmalı, etik davranış qaydalarına riayət etməlidir.

Nazirlik qeyd edir ki, qəbulla bağlı hər hansı dəyişiklik baş verdikdə vətəndaşa müvafiq məlumat veriləcək və qəbulun kim tərəfindən həyata keçiriləcəyi onun diqqətinə çatdırılacaq. Videoqəbul Azərbaycan dilində aparılır və müddəti 15 dəqiqədən artıq olmamalıdır. Eyni zamanda, vətəndaşlar ədliyyə nazirinin müavinlərinin qəbuluna müvafiq baş idarə və idarə rəisləri, ədliyyə nazirinin qəbuluna isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL