waplog

Volfram texnologiyasının tədqiqat və təhsil məsələlərində tətbiqinə həsr olunmuş seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Tədqiqat və təhsil məsələlərində Volfram texnologiyasının tətbiqi” mövzusunda ümuminstitut seminarı keçirilib. İnstitutdan bildirilib ki, seminarda ABŞ-ın Volfram Tədqiqatlar İnstitutunun texniki rabitə və inkişaf strategiyası üzrə mütəxəssisi Vitali Kaurov məruzə ilə çıxış edib.

Vitali Kaurov Volfram texnologiyaları əsasında yaradılmış və qabaqcıl hesablama vasitələri kimi elmi araşdırmalarda və təhsil sahəsində geniş istifadə olunan müasir kompüter proqramlarından bəhs edib.
 
Qonaq maye axınının modelləşdirilməsi məsələlərinin həllində, elektromaqnetizmin tədqiqində böyük həcmli hesablamaların reallaşdırılması üçün Volfram texnologiyasının üstünlüklərini seminar iştirakçılarının nəzərinə çatdırıb. Məruzəçi ilə seminar iştirakçıları arasında dialoq formasında davam etmiş tədbirdə iştirak edənlər riyaziyyat, fizika və mexanikanın inkişafına təkan verən yeni texnologiya və sistemlərlə yaxından tanış olublar.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL