waplog

“Apple” şirkəti sapfir ekranların üçillik ehtiyatını satın alıb


Kütləvi informasiya vasitələrində  "Apple" şirkətinin sapfir şüşələrə marağı haqqında dəfələrlə yazılıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Canonical" şirkətinin baş direktoru Mark Şattlvortun sözlərinə görə, "Apple" şirkəti 4,5 düymlük sapfir ekranların böyük partiyasını satın alıb.
 
Qeyd edək ki, "Canonical" şirkəti sözügedən ekranları "Ubuntu Phone OS" ilə işləyən "Edge" smartfonunda istifadəyə ümid edirdi. Şattlvort deyib ki, "iPhone" və "iPad" istehsalçısı sapfir ekranların üçillik ehtiyatını əldə edib.
Şayiələrə görə, "Apple" "iPhone" smartfonunda sapfir ekranlardan istifadə etmək istəyir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL