waplog

İki əməliyyat sistemini dəstəkləyən smartfonların satışına başlanılıb


İspaniyanın "Geeksphone" şirkəti "Android" və "Firefox OS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən ilk "Revolution" smartfon modelinin satışlarına başlayıb.
 
Smartfonda 1,6 GHs takt tezlikli ikinüvəli "Intel Atom" prosessoru, 2 giqabaytlıq operativ yaddaş və 4 giqabayt tutumlu daxili toplayıcı quraşdırılıb. Qurğu 4,7 düymlü "IPS" matrisalı "qHD" displey, 8 meqapikselli əsas və 1,3 meqapikselli ön, eləcə də 2000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Bundan başqa, 32 giqabayt tutuma malik yaddaş kartı dəstəklənir.
 
"Revolution" smartfonu "Firefox OS" sistemli ən güclü qurğu hesab edilir. "ZTE" və "Alcatel" şirkətləri də tezliklə "Mozilla" əməliyyat sistemli smartfonların satışına başlayacaq. 2013-cü ilin aprelindən "Geeksphone" iki model təqdim edib. Bunlar "Keon" (3,5 düymlü ekran, 1 giqahersli Snapdragon S1çipi, 4 giqabaytlıq fləş-yaddaş, 3 meqapikselli kamera) və "Peak" (4,3 düymlü qHD-displey, 2 nüvəli çip, 8 meqapikselli kamera, 4 giqabaytlıq operativ yaddaş) modelləri olub. 
Qeyd edək ki, "Firefox OS" "Mozilla" şirkəti tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. Sistem "HTML", "CSS" və "JavaScript" açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir, - "Vesti www.vesti.ru" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL