waplog

10 milyondan çox istifadəçi dinlənilməsi mümkün olmayan messencerdən istifadə edir


"Google Play" tətbiqlər internet mağazasının statistikasına əsasən, 10 milyondan çox istifadəçi "Telegram" messencerinin "Android" əməliyyat sistemi üçün versiyasını yükləyib.

Bildirək ki, "Telegram" messenceri "VKontakte" sosial şəbəkəsinin rəhbəri Pavel Durovun rəhbərliyi ilə hazırlanıb.
"ICTnews" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, Durovun sözlərinə görə, "Telegram" messenceri vasitəsilə ötürülən məlumatlar üçüncü şəxslər tərəfindən dinlənilmir. Messencerin "bulud" sistemindən istifadə etməsi mesajı bir neçə qurğudan ötürməyə imkan verir.

"Telegram" messencerinin "Apple iOS" əməliyyat sistemi üçün versiyası 2013-cü ilin avqustunda "AppStore" onlayn mağazasında yükləmə üçün əlçatan olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL