waplog

“Google” modulyar smartfonun çıxarılma tarixini açıqlayıb


“Google” şirkəti tərəfindən hazırlanan “Project Ara” modulyar smartfonu 2015-ci ilin əvvəlində satışa çıxarılacaq.
 
Lakin aparatın işlək prototipi artıq 2013-cü ilin martında hazır olmalıdır. Şirkət 15-16 aprel tarixlərində Kaliforniya Kompüter Tarixi Muzeyində istehsalçılar üçün keçirəcəyi konfransda qurğunu nümayiş etdirəcək. Konfransda iştirak ödənişlidir: biletin qiyməti tələbələr üçün 25 dollar, başqa ziyarətçilər üçün 100 dollar təşkil edəcək.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, telefonun əsasını alüminium "endoskelet" təşkil edəcək. “Google” şirkəti cihazı 50 dollara satmağı planlaşdırır. "Endoskelet"də “Wi-Fi” modulu və batareya olacaq; telefon modulu, GPS, kamera və başqa modulları sonradan "skeletə" yerləşdirmək mümkün olacaq. Hər modulun qalınlığı 4 mm, qurğunun ümumi qalınlığı isə 9,7 mm təşkil edəcək.
 
"Endoskelet"lər üç ölçüdə buraxılacaq: kiçik, orta və böyük. "Skelet"in ölçüsü nə qədər böyük olsa, ona daha çox modul qoşmaq olar. Smartfon üçün çıxarılan bloklar kənar istehsalçılar tərəfindən buraxılacaq.
 
“Project Ara” smartfonu 2013-cü ilin oktyabrında elan edilib. Aparat Hollandiya dizayneri Deyv Hakkens tərəfindən təklif edilmiş ideyanın inkişafıdır. Layihə ilə “Google”un nəzdində Perspektiv Texnologiyalar və Layihələr Qrupu məşğul olur. İlk öncə qrup “Motorola”nın biri hissəsi idi, lakin sonuncunun Çinin “Lenovo” şirkətinə satılmasından sonra layihə “Google”un tabeçiliyinə keçib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL