waplog

2014-cü ildə smartfon alanların sayı azalıb


2014-cü ildə qlobal smartfon bazarının artım tempi 19,3%-ə düşəcək.
 
Xatırladaq ki, 2013-cü ildə bu göstərici 39.2% olub.
 
 “IDC” analitik şirkətinin hesabatına əsasən, smartfonların tədarük həcmi isə 1.2 milyard qurğu olacaq.
 
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, analitiklərin proqnozlarına görə, artım tempi gələcəkdə də azalacaq və 2017-ci ildə 8,6%, 2018-ci ildə isə 6,2% təşkil edəcək.
 
Bu proses inkişaf etmiş ölkələr, xüsusilə ABŞ və Avropa bazarlarında daha çox özünü göstərəcək.
 
Hesabatda deyilir ki, mobil texnika istehsalçıları strategiyalarını dəyişdirməlidir. İlk növbədə, bu, özünü qurğuların qiymətinin azalmasında göstərəcək və rəqabət mühiti daha da mürəkkəbləşəcək.
 
“IDC” şirkətinin məlumatına görə, 2013-cü ildə smartfonun orta qiyməti 335 dollar olub, 2014-cü ildə 308 dollaradək, 2018-ci ilə isə 260 dollaradək azalacaq. 2013-cü ildə 150 dollardan aşağı qiymətə 322,5 milyondan çox smartfon satılıb.
 
2014-cü ildə mobil texnika bazarında lider “Android” əməliyyat sisteminin payı 78,9% təşkil edəcək və 2018-ci ilədək 76%-dək azalacaq. 2014-cü ildə “iOS” platformasının payı dəyişməyəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL