waplog

Gürcü telekanalları “Azərspace”-ə keçir


Qonşu  Gürcüstanın bir neçə telekanalı “Azərspace/Africasat-1a” peyki vasitəsilə yayımlana bilər.
Hazırda sözügedən ölkənin “Obieqtivi TV”, “2TV”, “Comedy Arkhi”, “Vip TV”, “Trialeti”, “TV 3”, “GDS TV” və “Quality Channel” telekanallarının test yayımı həyata keçirilir. Bu barədə  “ICTnews” xəbər xidmətinə “Azərkosmos” ASC-dən məlumat verilib.
 
ASC-dən qeyd edilib ki, adıçəkilən kanalların test yayımı uğurla həyata keçirilir və özünün çanaq antenasını “Azərspace/Africasat-1a” peykinə tuşlayan vətəndaşlar rahat şəkildə həmin kanallara baxa bilərlər.
 
Qeyd edək ki, ötən ildən fəaliyyətə başlayan Azərbaycanın ilk telekommunikasiya peyki üzərindən 60-dan artıq yerli və xarici televiziya və radio kanalı yayımlanır.
 
Bunların 51-i televiziya, 13-ü isə radiodur. Əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilir.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL