waplog

Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə layihələr hazırlanacaq


Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
 
AMEA-dan qeyd edilib ki, 2013-cü ilin noyabr ayında prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.
 
Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilib. Sənədə əsasən, AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.
 
Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL