waplog

“Şagird-Məzun” sistemi peşə liseylərinin cari il məzunlarının da işini asanlaşdırıb


Peşə liseylərinin cari il məzunları üçün 2014-cü il mart ayının 16-da keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni “Şagird-Məzun” sisteminə daxil olub çap edə bilərlər.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, bunun üçün “http://eservices.tqdk.gov.az/sagird2014” internet ünvanına keçib “Şagirdlər üçün” düyməsini basmaq, iş nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini müvafiq sahəyə daxil etmək və “Daxil ol” düyməsini basmaq lazımdır.
 
Şagird səhifəsində “Buraxılış vərəqi” düyməsini basdıqda ekrana şagirdin buraxılış vərəqəsinin təsviri ötürülür.
 
“Print” düyməsindən istifadə edərək "Buraxılış vərəqəsi” çap edilməlidir.
 
Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini öz səhifələrinə daxil olub çap etmək imkanı yaradılıb.
 
Qeyd edək ki, imtahan iştirakçıları “Yaddaş kitabçası”nı da çap edib onunla tanış olmalıdırlar.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL