waplog

Əmək müqavilələrinin elektron informasiya sistemi vasitəsilə dövlət qeydiyyatına alınması mexanizmi yaradılır


Ölkəmizdə əmək və sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsinə uyğun qurulması məqsədilə işlər davam etdirilir. Xüsusən son vaxtlarda qeyri-leqal məşğulluğun aradan qaldırılması, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmaları üçün aparılan işlər sürətləndirilib.
 
 İmzalanan əmək müqavilələrinin elektron informasiya sistemi vasitəsilə dövlət qeydiyyatına alınması mexanizminin yaradılması istiqamətində də hazırda islahatyönümlü tədbirlər aparılır. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata ilə keçirilən görüşdə İ.İsayev eyni zamanda işəgötürənlər arasında əmək müqavilələri ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib:
 
 "Əminik ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafına öz dəyərli töhfələrini verən ATİB-in dəstəyi ilə biz ölkəmizdə fəaliyyət göstərən Türkiyə iş adamları arasında da bu sahədə, ümumən əmək hüquqları ilə bağlı  maarifləndirmə tədbirlərini uğurla aparacağıq".
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL