waplog

“Kompüter bilikləri” olimpiadası üçün qeydiyyat martın 25-də başa çatacaq


Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) elan etdiyi “Kompüter bilikləri” olimpiadasına qeydiyyat üçün son tarix martın 25-də başa çatacaq.
 
ATGTİ-dən qeyd edilib ki, olimpiadada ixtisasından asılı olmayaraq, ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan hər bir tələbə iştirak edə bilər. Olimpiadanın iki mərhələdə keçirilməsi nəzərdə tutulur: “Olimpiadanın birinci mərhələsinin keçirilmə yeri və zamanı iştirak üçün müraciət etmiş şəxslərə əvvəlcədən bildiriləcək.
 
 Qalibləri “Ipad mini”, “Nokia Lumia”, “Pocket book” gözləyir. Final mərhələsinə çatan bütün tələbələr diplom və sertifikatlarla mükafatlandırılacaq”.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL