waplog

Azərbaycanın iki böyük şəhərinin şərəfinə poçt markaları təqdim olunub



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti Naxçıvan Muxtar Respublikasının 90 illiyi və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə poçt markalarını dövriyyəyə buraxıb.
 
Naxçıvan MR-in  90 illiyinə həsr edilmiş markanın üzərində Azərbaycan bayrağı və muxtar respublikanın xəritəsi təsvir olunub. Markanın nominal dəyəri 60 qəpik təşkil edir.




 
Sumqayıt şəhərinin 65 illiyi ilə bağlı buraxılan markanın üzərində şəhərdəki Heydər Əliyev abidəsi və şəhərin xüsusi loqosu öz əksini tapıb. Markanın nominal dəyəri 20 qəpiyə bərabərdir.

 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL