waplog

Planşetlər sayəsində uşaqlar tez oxumağı öyrənirlər


Britaniyanın “National Literacy Trust” ictimai təşkilatının yeni araşdırmasına əsasən, “iPad” cihazı (ümumiyyətlə sensor ekranla təchiz edilmiş qurğular) sayəsində uşaqlar tez oxumağı öyrənirlər.

Tədqiqatlar göstərir ki, müxtəlif interaktiv kitablar və öyrədicilər kağız kitablarla müqayisədə uşaqlarda daha çox maraq oyadır. Məsələn, 3-5  yaş kateqoriyasına aid uşaqlar arasında planşetdən istifadəyə malik qrupda daha yaxşı oxumaq bacarığı qeydə alınıb. Tədqiqatçılar əmindirlər ki, ən yeni texnologiyalar gələcəkdə uşaq təhsilinin keyfiyyətini yüksəltməyə imkan verəcək. Bundan başqa, elektronika tədricən bizim həyatımızın ayrılmaz hissəsinə çevrilir.


“ICTnews” elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, lakin valideynlər “National Literacy Trust” təşkilatının araşdırmasına bir o qədər inanmırlar, onlar əvvəlki kimi hesab edirlər ki, uşaqları yüksək texnologiyaların təsirindən uzaq tutmaq daha yaxşıdır. Həmçinin elektronika qurğuları tərəfindən daima təsirə məruz qalan uşaq beyninin düzgün inkişaf etməməsi ilə bağlı narahatçılıq var.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL