waplog

“Apple” 500 milyonuncu “iPhone” smartfonunu satıb


2014-cü ilin mart ayı “Apple” üçün əlamətdar olub. “Forbes” nəşrinin məlumatına görə, mart ayında “Apple” korporasiyası 500 milyonuncu “iPhone” smartfonunu satıb.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, analitiklərin qabaqcıl smartfonlar seqmentinin azalması ilə bağlı pessimistik proqnozlarına baxmayaraq, “Apple” şirkəti “iPhone” smartfonunun satışlarını yüksək səviyyədə saxlamağa müvəffəq olur. Belə ki, şirkət 8 ay ərzində 100 milyon qurğu satıb. Ekspertlər hesab edirlər ki, artıq 2017-ci ildə satılmış “iPhone” smartfonlarının sayı bir milyardı ötəcək.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL