waplog

Bakının 5 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritəsi tərtib olunacaq


Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin  satın alınması ilə bağlı açıq tender keçirir.

“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə komitənin rəsmi saytında elan yerləşdirilib.

Tenderdə inventarlaşdırma və rəqəmsal kadastr  xəritələrinin tərtibi, Coğrafi İnformasiya Sisteminin tətbiqi və idarə edilməsi, geodeziya, fotoqrammetriya və daşınmaz əmlakın kadastrı, rəqəmsal məlumat bazasının idarə edilməsi və rəqəmsal məkan məlumatlarının çatdırılması sahələrində 5 illik iş təcrübəsi olan, müasir geodeziya avadanlıqları, fotoqrammetriya avadanlığı və qrafiki çöl kompüter dəstindən istifadə etməyi bacaran işçi heyətinə malik nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər min manat məbləğdə iştirak haqqını müvafiq hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzindən ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün lazımi sənədləri aprelin 29-na, tender təklifini və tender təklifinin bank təminatını isə mayın 8-dək adıçəkilən mərkəzə təqdim etməlidirlər.

Qeyd edək ki, iddiaçıların təklifləri mayın 12-də həmin mərkəzdə açılacaq.   

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL