waplog

“Samsung” şirkəti uzaq məsafədən idarə olunan “ağıllı” lampa təqdim edib



“Samsung” şirkəti “Bluetooth” vasitəsilə uzaq məsafədən idarə olunan “Smart Bulb” adlı smart lampa təqdim edib. Xatırladaq ki, “LG” və “Philips” şirkətləri, həmçinin smart lampalar istehsal edir. Lampa xüsusi mobil tətbiq vasitəsilə bir otaqda və ya bütün evdə işıqlandırmanı idarə etməyə imkan verir.

“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Smart Bulb”un sahibi tətbiq vasitəsilə 10-100% nominal güc diapazonunda lampanın işıqlanma parlaqlığını tənzimləmək, həmçinin işığın rəng temperaturunu dəyişdirə bilər. “Ağıllı” lampanın qiyməti 30 dollar təşkil edir. Lakin “Samsung Smart Bulb” lampalarının satışa çıxarılma tarixi bilinmir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL