waplog

Regionlarda "İT Akademiya" layihəsinin icrasına başlayıb


“Microsoft Azərbaycan” və Şəmkir şəhərində fəaliyyət göstərən “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi region gəncləri arasında kompüter biliklərinin geniş yayılmasına və inkişafına nail olmaq və gənclərə peşəkar İKT biliklərinin aşılanması ilə yeni karyera imkanları yaratmaq məqsədilə "İT Akademiya" layihəsinin icrasına başlayıb.

Sözügedən layihənin icrası üçün “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi Microsoft şirkətinin rəsmi "IT Academy" partnyoru olub.

Bu məqsədlə mərkəz "İT Akademiya" layihəsi çərçivəsində təlimçi kimi fəaliyyət göstərmək istəyən gənclər üçün müsabiqə elan edib. Təlimçi gənclər ingilis dilini orta səviyyədə bilməli, yaxşı danışıq qabiliyyətinə malik olmalıdırlar. Fəal və işgüzar olmaqla yanaşı, onlar həm də, ilkin kompüter biliklərinə malik olmalıdırlar.

Namizədlərin yaş həddi isə 20-29-dur. Maraqlı şəxslər CV-lərini career.zeka@gmail.com e-mailina gələn ayın 15-nə kimi göndərə bilərlər.


Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL