waplog

Pentaqon İT əməkdaşlarının sayını üç dəfə artıracaq


ABŞ müdafiə naziri Çak Xeyqel deyib ki, Pentaqon hərbi qurum və kompüter şəbəkələrinin təhlükəsizliyinin təmini ilə məşğul olan kibertəhlükəsizlik üzrə ixtisaslaşmış əməkdaşların sayını üç dəfədən çox artırmaq niyyətindədir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, o, Milli Təhlükəsizlik Agentliyinin (MTA) Vaşinqtonda yerləşən qərargahında keçirilmiş mətbuat konfransında belə bəyanatla çıxış edib. Bu həftə Xeyqel Çinə yola düşəcək və çox güman ki Çin liderləri və “Huawei” şirkətinin MTA tərəfindən izlənməsi ilə bağlı ona suallar veriləcək. Xeyqel deyir ki, Pentaqon kompüter şəbəkələrinin qorunması üçün əməkdaşların (vətəndaşların) işə götürülməsi proqramını genişləndirmək niyyətindədir. Eyni zamanda, Pentaqon, həmçinin hərbi qurumun əməkdaşlarının müasir İT təhdidlər haqqında bilik səviyyəsini artırmaq üçün bir sıra maarifləndirici proqramlar keçirmək niyyətindədir.

Həmçinin Xeyqel bildirib ki, kibertəhdidlərə baxmayaraq, Pentaqon və ABŞ-ın müdafiə strukturlarında İT texnologiyalarından istifadə artacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL