waplog

Səhiyyə Nazirliyi əhaliyə 510 min ədəd elektron sağlamlıq kartı verib


Azərbaycan Səhiyyə Nazirliyi əhaliyə 510 min ədəd elektron sağlamlıq kartı verib. Bu barədə nazirliyin İnformasiya şöbəsinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib. Onun sözlərinə görə, verilən kartların ümumi sayından 45 min ədədə yaxını dərman preparatlarının pulsuz əsasda verildiyi pasientlərin payına düşür. 85 min kart tibbi müayinədən keçən pasientlərə verilib. Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.
Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəsisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir. Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub. Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL