waplog

İstanbulda Açıq innovasiyalar liderliyi üzrə “İnnovasiya görüşləri - 2014” keçiriləcək


Türkiyənin ən böyük innovasiya şəbəkəsi olan Açıq innovasiyalar liderliyi üzrə 2-ci böyük tədbir - “İnnovasiya görüşləri - 2014” keçiriləcək. 28-29 aprel tarixlərində “Point Otel”də təşkil edilən zirvə görüşündə dünyanın qabaqcıl innovasiyalar sahəsi üzrə liderləri şirkətlər üçün davamlı inkişafın təmin edilməsi, innovativ yeniliklərin məhsuldarlığa təsiri mövzusunda müzakirələrə, təcrübə mübadiləsinə başlayacaq, inkişaf etməkdə və yeni yaranmaqda olan şirkətlərə dəstək və ilham verə bilən nümunələr nümayiş etdiriləcək.

Fortuna tərəfindən dünyanın ən nüfuzlu 40 lideri siyahısına daxil olan “Cinnabon” prezidenti Keyt Koul qısa müddətdə şirkətin milyard dollarlıq gəlir gətirən müəssisəyə çevrilməsinin sirlərini iştirakçılarla paylaşacaq.

Təşkilat Komitəsindən qeyd edilib ki, şirkətlər üçün strateji əhəmiyyətə malik olan innovasiyalar sahəsi üzrə fikir mübadiləsinə meydan acaraq, böyük platformaya çevrilən tədbirdə bütün maraqlı tərəflər bir araya gələcək.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL