waplog

Azərbaycanda 23 minə yaxın kompüter güzəştli şərtlərlə əldə olunub



"Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, hazırda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 22895 ədədə çatıb.
 
"Xalq kompüteri"  layihəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
 
Sözügedən  layihə çərçivəsində təqdim olunan kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
 
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə "Microsoft" və "HP" şirkətləri tərəfindən təqdim edilir, təchizat isə "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL