waplog

2019-cu ilədək xrombukların tədarükü 11 milyon ədədədək artacaq


2013-cü ilin yekunları üzrə xrombukların qlobal tədarük həcmi 2 milyon ədəd təşkil edib. Bu barədə "Digitimes Research" şirkətinin məlumatında deyilir. Lakin bu il tədarük 4-5 milyon ədədədək arta bilər. Buna həm istehsalçılar arasında geniş dəstək, həm də istifadəçilər üçün "bulud" əlavələrinin artması zəmin yaradacaq. Bundan başqa, xrombuklar "4G" və "Wi-Fi" şəbəkələrinin dəstəklənməsinin genişlənməsi, eləcə də hesablama gücünə görə daha da inkişaf edir.  

Tədqiqatla məşğul olan digər "ABI Research" şirkəti bu gün xrombuklar bazarı üzrə məlumatları açıqlayıb. Şirkətin məlumatına görə, 2013-cü ildə bu sinifdən olan kompüterlərin satışı 2,1 milyon ədəd olub, lakin 2019-cu ilədək cari trend saxlanılmaqla onların həcmi 11 milyon artacaq.

"ABI Research"in analitiki Stefani Van Vaktor deyib ki, bu il satılan xrombukun orta qiyməti 338 dollara bərabər olub, lakin 2019-cu ilədək bu göstəricinin 199 dollaradək enəcəyi gözlənilir. O qeyd edib ki, xrombukların populyarlığının artmasına əlavə təkanı getdikcə daha çox korporativ əlavələrin "bulud" texnologiyalarına bu və ya digər şəkildə keçməsi verəcək. Buna görə əməkdaşların iş masalarında daha bahalı fərdi kompüterlərdən istifadəyə ehtiyac qalmayacaq, - "Cybersecurity www.cybersecurity.ru" yazır.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL