waplog

Smartfonların jestləri tanıması üçün texnologiya hazırlanıb


Uorik Universitetinin mütəxəssisləri texnoloji tərəqqiyə nail olduqlarını bəyan edərək smartfon və planşet kompüterlərdə jestləri (əl hərəkətləri) tanımağa imkan verən texnologiya hazırladıqlarını bildiriblər. Hazırda mövcud jestləri tanınma sistemləri infraqırmızı və ya uzaqməsafəli kameralar tələb edir, yalnız süni işıqlandırmada işləyir, onların tətbiq olunduğu sahələr isə video oyunlarla məhdudlaşır.

Mütəxəssislərin sözlərinə görə, onların kəşf etdikləri sistemə istifadəçinin jestləri fonunda digər insanların hərəkət etməsi və ya jestin qismən sistemin əhatə dairəsindən çıxması fonunda müxtəlif işıqlandırma şəraitinə uyğunlaşmaq və iş qabiliyyətini saxlamaq üçün adi kamera kifayət edir.

Tədqiqatçılar əmindirlər ki, onların hazırladıqları texnologiya sayəsində jest tanıma sistemləri tibdə, avtomobillərdə və istehlak elektronikası sahəsində istifadəsinə başlanılacaq. “Markets and Markets” şirkəti analitiklərinin proqnozlarına görə, 2020-ci ildə jestləri tanınma sistemi bazarının həcmi ötən illə müqayisədə dəfələrlə artacaq və çoxmilyardlıq səviyyəyə çatacaq, - "Computerworld” www.osp.ru yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL