waplog

“Azərpoçt”un bank-maliyyə xidmətlərindən əldə etdiyi gəlirin 50% artacağı proqnozlaşdırılır


Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un bu il bank-maliyyə xidmətlərindən əldə olunan gəlirinin 50% artacağı proqnozlaşdırılır.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, ötən il “Azərpoçt”un məhz bank-maliyyə xidmətlərinin göstərilməsindən əldə edilən gəliri 2 dəfə artaraq 1 milyon manatdan çox olub, halbuki 2010-cu ildə bu göstərici cəmi 170 min manat təşkil edib.

“Bu ilin sonuna qədər biz bank-maliyyə xidmətlərindən əldə olunan gəlirin 1,5 milyon manatadək artacağını gözləyirik. Ümumilikdə növbəti illərdə illik gəlir artımının 20-30% təşkil edəcəyini ehtimal edirik”,- deyə o bildirib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL