waplog

Azərbaycan bankları məsafədən bank xidmətlərinin göstərilməsi sistemini tətbiq edirlər


Azərbaycanın bir neçə bankı "BSS" şirkətinin  məsafədən bank xidmətlərinin göstərilməsi sistemini tətbiq edir.
 
"ICTnews"  xəbər xidmətinin məlumatına əsasən, bu günlərdə BSS şirkəti Azərbaycanda fəaliyyət göstərən "Nikoyl Bank", "Zamin Bank", "Bank of Azerbaijan", "Bank VTB" ilə görüş keçirib.
 
Bu görüş çərçivəsində banklar şirkətin Azərbaycan bazarı üçün lokallaşdırılmış  məsafədən bank xidmətlərinin göstərilməsi sisteminə maraq göstəriblər. Bu sistem ölkə qanunvericiliyinin tələblərinə cavab verir və Azərbaycan, rus və ingilis dillərində işləyir. 
Görüşün nəticəsində "BSS" şirkəti "Nikoyl Bank" və "Zamin Bank" ilə müqavilə imzalayaraq onları məsafədən bank xidmətlərinin göstərilməsi sistemləri ilə təchiz etməyə başlayıblar.
 
Bu ilin sonuna kimi "Nikoyl Bank"da, 2015-ci ilin ortalarına kimi "Zamin Bank"da sistemin tətbiqi istiqamətində işlər başa çatacaq. Bu banklarda hüquqi şəxslər üçün sistemin "BS-Client x64" versiyası, fiziki şəxslər üçün isə "BS-Client. Fərdi müştəri" versiyası tətbiq ediləcək. Eyni zamanda, banklarda hüquqi və fiziki şəxslər üçün mobil bankinq xidmətlərinin tətbiqi nəzərdə tutulur.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL