waplog

“KÜR” şirkəti İnnovasiya mərkəzi yaradıb


Azərbaycanda yeni məhsulların bazarda təkmilləşdirilməsi, yayılması və inkişaf etdirilməsinə xidmət edəcək "KÜR" İnnovasiya mərkəzi yaradılıb.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, mərkəz yeni ideyaları, internet proyektləri reallaşdırmağa yardımçı olacaq.

İnnovasiya mərkəzinin əsas məqsədi:

· Yeni məhsulların istehsalının idarəetmə sistemində texnologiya tətbiq etmək

· Yeni məhsulların istehsalı daha effektli idarə edilsin deyə, şirkət işçilərinin müəyyən məlumatları ötürməsi üçün texnologiyanı genişləndirmək.

· Şirkət tərəfindən istifadə oluna bilən perspektivli texnologiyaların və ticari imkanların üzə çıxarılması məqsədilə yerli və dünya bazarında yeni məhsulların və texnologiyaların axtarışı.
· Patentləşdirmə, lisenziyalaşdırma və maliyyələşdirmə. Patentləşdirmə və lisenziya alınması ilə bağlı fikir irəli sürmək və intellektual mülkiyyətin qorunub saxlanması hüququ.
· Yeni ideya və internet proyektlərin araşdırılıb tapılması və həyata keçirilməsinə nail olmaq,
· Şirkətin ticari fəaliyyətini artırmaq, məhz innovasiya menecmentliyini tətbiq etmək və inkişaf etdirmək.
· Şirkətdə yeni fəaliyyət növlərinin inkişafı və iş yerlərinin yaradılması
Mərkəzin bazar mühitinin effektli monitorinqini aparmaq, innovativ tendensiyaların üzə çıxarılması və sistemləşdirilməsi, innovativ layihələrin hazırlanması və tətbiq edilməsinin effektiv idarə edilməsi, qabaqcıl işçilərlə, alimlərlə və ixtiraçılarla effektli əməkdaşlığın təşkili istiqamətində tədbirlər görməkdə səlahiyyətlidir. 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL