waplog

Məşhur texnologiya yenilikləri sərgisi öz işinə başlayır


Birminhemdə “The Gadget Show Live” texnologiya yenilikləri sərgisi öz işinə start verir. Tədbirdə “Microsoft”, “GoPro”, “Nokia”, “Olympus”, “Philips”, “Samsung”, “Sony” şirkətləri daxil olmaqla təxminən 200 firma iştirak edəcək.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Birminhem Milli Sərgi Mərkəzində “The Gadget Show Live” adlı ən böyük elektronika sərgisi öz işinə başlayır və aprelin 13-dək davam edəcək.
 
Təşkilatçıların ilkin hesablamalarına əsasən, tədbiri 85 mindən çox insan ziyarət edəcək.
 
Sərginin ərazisi bir neçə sektora bölünəcək ki, hər birində eyni zamanda mühazirə keçiriləcək, həmçinin yeni qurğular nümayiş etdiriləcək.
 
Beləliklə, ziyarətçilər builki sərgidə mütləq yeni və qeyri-adi yeniliklərlə rastlaşacaq.
 
Ötən il “The Gadget Show Live” sərgisi Britaniya paytaxtında keçirilib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL