waplog

İlk “iPhone” interfeysinin yaradıcısı “Apple” şirkətini tərk edir


Birinci nəsil “iPhone” smartfonunun interfeysinin yaradılmasına görə cavabdehlik daşımış dizayner Qreq Kristi “Apple” şirkətini tərk edir.
 
“ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “9to5mac” saytının məlumatına görə, Qreq Kristinin “Apple”dan gedişinin əsas səbəbi Conatan Ayvdır. Təxmin edilir ki, iki dizayner arasında “iOS 7” mobil əməliyyat sisteminin hazırlanması zamanı anlaşılmazlıq yaranıb.
 
Bununla belə “Financial Times” nəşrinin müxbiri Tim Bredşou “Apple”ın bəyanatlarına istinad edərək bu informasiyanı təkzib edib. Şirkətdən bildirilib ki, Qreq Kristi uzun illər Conatanla sıx əməkdaşlıq edib və onun qərarı şirkətdə 20 illik iş fəaliyyətindən sonra təqaüdə çıxmaqla bağlı könüllü gedişdir.
 
Xatırladaq ki, ötən ay Qreq Kristi birinci nəsil “iPhone” smartfonu  üzərində aparılmış iş prosesindən danışıb. Onun sözlərinə görə, 2005-ci ildə smartfonun üzərində çox kiçik komanda işləyib. O zaman qurğu “Project Purple” adlandırılıb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL